Ana içeriğe atla

Nitelikli

"Keran Group" sosial media postu

 

Covid 19 pasportunun PDF formada telefona yuklenmesi

 Covid 19 vaksin və immunitet pasportunu PDF formada telefona yükləmək ardıcıllığı

1. İlk öncə E-TABİB applikasiyasını GOOGLEPLAY və APPSTORE dən endiririk.

2. Daha sonra e-tabib proqramında telefon vasitəsilə qeydiyyatdan keçirik.

3. Açılan pəncərədə ekranın ən aşağı sağ küncündə DİGƏR bölməsinə tıklayırıq

4. Tıkladıqdan sonra açılan pəncərədə "vaksin sertifikatı" xanasını seçirik

5. Açılan xanada müvafiq boşluqları dolduruq. (Şəxsiyyət vəsiqəsinin fin kodu Vəsiqənin aşağısında sağda axırıncı rəqəm nəzərə alınmamaqla ondan öncəki 7 hərf və rəqəmdən ibarətdir)

6.Bir qədər gözlədikdən sonra avtomatik olaraq yeni səhifə açılır. Həmin səhifədə sizin Pasport məlumatlarınız görsənəcək

7.Pasportu PDF formada saxlamaq üçün, ekranı aşağı sürüşdürüb ÇAP ET bölməsini tıklayırıq. Və budur Vaksin Pasportunuz artıq hazırdır.

DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN VİDEOLU İZAHA BAXA BİLƏRSİNİZ 

Vaksin pasportunu PDF formada saxlamaq

Yorumlar

Popüler Yayınlar